GeoRentCar

Gürcüstan – həddsiz dərəcədə qonaqpərvər ölkə

Gürcüstan – zəngin tarixə, möhtəşəm memarlıq abidələrinə və təbiətə malik çoxmilli ölkədir. Ölkədə 300-ə qədər dağ, dəniz kənarı, balneoloji və palçıq kurortları mövcuddur.

Флаг и герб Грузии

Yerləşdiyi yer: Qara dəniz sahili
Sahəsi: 69,700 kv.km.
Əhalisi: 4,72 milyon insan
Paytaxtı: Tbilisi
Dövlət dili: gürcü dili
Vaxt: Qrinviç vaxtı ilə +4 saat
Elektrik enerji: 220V, 50A
İkiqat ştepselin standart yuvası
İnternetzona: .ge
Beynəlxalq telefon: +995
Pul vahidi: lari (GEL)


Coğrafiya

Gürcüstan Avropanın cənub-şərqində yerləşir və Zaqafqaziyanın mərkəzi və qərbi hissəsini tutur. Şimalda Rusiya ilə, şərqdə Azərbaycanla, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Qərbdə Qara dənizlə əhatələnib. Gürcüstan ərazisinin böyük hissəsini dağlıq təşkil edir, onun üçdə biri keçilməz meşələrlə örtülüb. Şimali sərhədi Qafqazın baş sıra dağlarından keçir, burada ölkənin ən yüksək nöqtələridir, onlardan ən yüksəyi Şxaradır (5068 m). Cənubi Gürcüstanda kiçik Qafqaz sıra dağları keçir, burada ən yüksək nöqtə 3000 metrdən artıq deyildir. Onların ümumi sahəsi 69,7 min kv.km-dir.

Hava

Gürcüstanın havası regiondan asılıdır. Ölkənin qərbində hava subtropikdir, şərqdə isə subtropikdən mülayimə keçir. Ona baxmayaraq ki, dağlar ölkənin havasına böyük təsir göstərir, Qara dənizin isti havası Gürcüstanın ən ucqar nöqtələrinə çatır. Kolxeti düzənliyində və Acarıstanda yanvarda temperatur +3 C-dən +9 C-dək dəyişir, lakin dağlı rayonlarda -16 C-dən -20 C-dək düşə bilər. Yay dövründə hava əsasən isti olur və Gürcüstanın bütün ərazisində avqustun orta temperaturu +23 C +26 C-dir. Ölkənin bütün ərazisində yağıntının əsas hissəsi qışa və payıza düşür. Dağlı rayonlarda qar noyabrdan yazın sonuna qədər qalır. Gürcüstanın havası bütün il ərzində istirahət və müalicə imkanını yaradır, təbiət isə - təzə meyvə və tərəvəzi mütəmadi olaraq qəbul etməyə imkan yaradır.

Din

Pravoslav xristianlıq (Gürcüstan xristianlığı dövlət dini elan edən ilk ölkələrdən biridir. e. 337-ci il).

Georgia_religium

Dövlət dili

Gürcüstanın dövlət dili gürcü dilidir. Əcnəbilərlə ünsiyyət yaratmaq üçün ingilis dilindən istifadə edilir. Əhalinin böyük hissəsi rus dilini yaxşı bilir.

Georgian Alphabet


Banklar və gömrük qaydaları

Valyuta

Gürcüstan ərazisində milli valyuta olaraq “Lari” (GEL) qüvvədədir. Bir lari 100 tetriyə bərabərdir. Dövriyyəyə 1995-ci ildə keçdi. Hal-hazırda dövriyyədə aşağıdakı əskinazlar vardır – 1, 2, 5, 10, 20, 50, 100, 200 lari. Həmçinin sikkə nominallarından istifadə edilir – 5, 10, 20, 50.

Gürcü bankları

Gürcüstanda bir çox bank mövcuddur. Gürcü banklarının iş günü 9:00-dan 19:00-dəkdir. Банки ГрузииƏlbəttə ki, iş gününü tez/gec başlayıb/bitirən banklar da vardır, lakin bankların əksəriyyəti məhz həmin qrafiklə işləyir. Gürcüstanda dövriyyədə geniş şəkildə Amerika dollarından istifadə edilir (xüsusiyyətlə özəl sektorda), buna görə də valyutanın dəyişdirilməsi aktualdır. Bir çox bankda qeyd edilən xidmət vardır. Bir çox şəhərdə banklarla parallel olaraq xüsusi dəyişmə məntəqələri vardır. Valyutanı özəl şəxslərdə də dəyişdirmək olar, lakin aldanma şansı artır. Buna görə də sizə leqal təşkilatların xidmətindən istifadə etməyi məsləhət görürük. Gürcüstanın paytaxtında – Tbilisi şəhərində, gürcü lari və Amerika dolları ilə birlikdə kredit kartlarından da istifadə edilir – VİZA, EUROCARD, MASTERCARD, CİRRUS, MAESTRO. Onlardan əsasən feşenebel mehmanxanalarda, böyük mağaza və ya banklarda istifadə edə bilərsiniz. Qalan yerlərdə nağd hesablaşma qüvvədədir!

Gömrük qaydaları

Xarici valyutanın gətirilməsi məhdudlaşdırılmır, milli 25 000 laridən artıq olmamalıdır. Xarici valyutanın çıxarılmasına ölkəyə daxil olma tarixindən 1 il ərzində icazə verilir, milli valyuta isə - 3000 laridən artıq olmayaraq. Silahın və partlayıcı maddələrin, narkotiklərin, dövlət quruluşunu pozan ədəbiyyatın, bəzi növ videoməhsulların gətirilməsi qadağandır. Tarixi və mədəni dəyəri olan əşyaların çıxarılması qadağandır.


Gürcüstan kurortları

Kurortlar

Gürcüstanın ən məşhur kurortları Batumi, Kobuleti, Borjomi, Baxmaro, Bakuriani və Qudauri hesab edilir. Gürcüstanın paytaxtı Tbilisi şəhərində turistlər arasında VI əsrdə inşa edilmiş müqəddəs Davit monastırı çox məşhurdur; eləcə də V əsrə aid olan Sioni məbədinin ziyarət edilməsi tövsiyyə edilir. Və əlbəttə ki, Gürcüstan muzeyləri, hansılar sizi bu mehriban xalqın tarixi ilə tanış edəcəklər.

Su

Gürcüstan öz mineral bulaqları ilə məşhurdur. Respublika ərazisində 22 əsas mineral bulaq mövcuddur, onlardan ən məşhur olanları “Borjomi”, “Zvare”, “Sairme”, “Nabeğlavi” və s. Gürcüstan öz müalicəvi mineral sularını dünyanın 25 ölkəsinə göndərir.

Nəqliyyat

Gürcüstanda üç beynəlxalq Tbilisi, Batumi və Kutaisi hava limanı mövcuddur. Daxili reyslər Tbilisi və Batumi arasında yerinə yetirilir. Dəmiryol əlaqəsi aşağıdakı şəhərlər arasında həyata keçirilir: Tbilisi, Qori, Borjomi, Axaltsixe, Vale, Kutaisi, Kobuleti, Batumi, Zuqdidi, Qardabani, Sadaxlı. Həmçinin şəhərlər arasında avtobuslar vasitəsilə hərəkət etmək mümkündür. Kurort zonaları və hava limanları arasında marşrut taksiləri hərəkət edir. Əgər siz ölkədə olduqca daha sərbəst hərəkət etmək istəyirsinizsə, “Geo Rent Car” şirkəti sizə Gürcüstan ərazisində avtomobillərin sürücü ilə birlikdə və ya sürücüsüz kirayələnməsini təklif edir


Gürcü şərabı və mətbəxi

Gürcü mətbəxi

Yemək gürcülər üçün yalnız trapeza deyil, bu bəzi xalqlarda olduğu kimi, həm də gürcü mədəniyyətinin əhəmiyyətli tərkib hissələrindən biridir. Gürcü mətbəxi öz xalqının bəzi ənənələrini saxlamışdır. Gürcü mətbəxinin böyük hissəsini ət yeməkləri təşkil edir. Onlardan kababı, xinkali, lori, kupati və bir çox digərləri qeyd etmək olar. Göyərtini də unutmamalıyıq, çünki gürcülər yeməyi göyərtisiz, tərəvəzzis və meyvəsiz təsəvvür edə bilməzlər. Buna görə də göyərtiyə bütün gürcü yeməklərində rast gəlirik. Xüsusi komplimentləri gürcü pendiri qazanır. Burada ondan inqridiyent kimi istifadə edirlər və pendirdən hazırlanmış ən məşhur yemək sizin artıq yaxşı tanıdığınız xaçapuridir!

Gürcü şərabları

Şərab – elə bir içkidir ki, hansına görə gürcü mətbəxini bu qədər çox sevirlər! Şərab – gürcülərin milli qürurudur! Üzümçülüyün və şərabçılığın əsası məhz burada, Gürcüstanda qoyulmuşdur. Bunu arxeoloji tapıntılar da təsdiq edir.

Elm müəyyən etdi ki, hələ e. ə. VI əsrdə burada yaşayan insanlar şərab hazırlayırdılar. Gürcü şərabları – bu xüsusi bir şeydir! Onlar heç bir digər ölkənin şərabına bənzəmir. Gürcüstanda bu gözəl içkinin bir neçə ənənəvi hazırlanma qaydası mövcuddur, hər bir şərab istehsalçısı onlara riayət edir və hörmətlə yanaşır. Fransızlar və italyanlardan fərqli olaraq, burada şərabı şüşə qablarında deyil, gil küplərində saxlayırlar, məhz buna görə də gürcü şərabı təkrarolunmaz, orijinal dada malikdir. Gürcü marka şərablarıdır: “Kindzmarauli”, “Manavi”, “Mukuzani”, “Tsinandali”, “Alaznis veli”, “Axaşeni”, “Xvançkara”, “Çxaveri”, “Kardenaxi”, “Rkatsiteli” və başqaları. Mütləq gürcü şərabını dadın, siz peşman olmayacaqsınız!

Gürcüstan bayramları

  • 1 yanvar – yeni il
  • 7 yanvar – milad
  • 19 yanvar – vaftiz
  • 3 mart – analar günü
  • 8 mart – beynəlxalq qadınlar günü
  • Aprel – pasxa
  • 9 may – qələbə günü
  • 26 may – müstəqillik günü
  • 28 avqust – mariamoba
  • 14 oktyabr – svetitsxovloba
  • 23 noyabr – qiorqoba
Chat